13:04
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycan Hava Yolları Şirkətinə (AZAL) məxsus sərnişin təyyarəsi ilə bağlı manipulyasiya cəhdi alınmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.

“Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev bu gün açıqlayıb ki, (Kremldən idarə olunan) bəzi media resurlarında bir neçə gün öncə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir, hətta, onların arasında böyük fərq var.

Belə görünür ki, Qazaxıstan Rusiyanın basqılarına baxmayaraq, həqiqəti gizlətməyəcək. AZAL-ın Rusiya tərəfindən vurulan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq. Görək, bundan sonra Rusiya nə deyəcək, nələr uyduracaq.

Kremlə bağlı “Baza” resursunun (Teleqram kanalı) yaydığı stenoqramlar manipulyasiya cəhdi idi, alınmadı, alınmayacaq”, - siyasətçi bildirib.

Qazaxıstan rəsmisinin məlum açıqlamasına gəlincə, o söyləyib: “Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin “qara qutuları”nın dərc olunmuş stenoqramı orijinaldan fərqlənir. İnternetdə (Rusiyanın media resurslarında – red.) yerləşdirilən stenoqram həqiqətə uyğun deyil, real yazılardan fərqlənir”.

Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər