Avropa İttifaqının (Aİ) Moskvaya qarşı sanksiyaları yalnız Ukraynanın Rusiya qazının Mərkəzi Avropaya tranzitini bərpa etməsi, “Türk axını” boru kəmərinə hücumları dayandırması və neft tranzitinin davam etdirilməsinə təminat verməsi şərti ilə uzadıla bilər.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Avropa İttifaqının digər liderlərinə bildirmişəm ki, Ukrayna yardım almaq istəyirsə, o zaman üç şərti yerinə yetirməlidir: qaz tranzitini bərpa etmək, “Türk axını”na qarşı hərbi vasitələrdən istifadə etməmək və Rusiya neftinin öz ərazisi ilə Avropaya nəqlinə qadağa qoymamaq”, - baş nazir qeyd edib.
Orban xəbərdarlıq edib ki, əks halda, bir həftə sonra barəsində qərar verilməli olan sanksiyalar uzadılmayacaq.