30 Yanvar 20:58
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Vaşinqton səmasındakı təyyarə qəzasından sonra vəziyyəti izlədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, prezident bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Mən vəziyyəti izləyirəm və daha ətraflı məlumat verəcəyəm" - Tramp qeyd edib.

Xatırladaq ki, sərnişin təyyarəsi ilə "Sikorsky H-60" ​​hərbi helikopteri toqquşub. Hadisə Vaşinqtonun Reyqan hava limanı yaxınlığında baş verib. Sərnişin təyyarəsinin göyərtəsində 60 sərnişin və üç ekipaj üzvü olub.


Müəllif: Arzu

Oxşar xəbərlər