10:07
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bankların ev təsərrüfatlarına verdiyi kreditlərin həcmi kəskin artıb.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, banklar 2024-cü ilin sonuna ev təsərrüfatlarına 16 milyard 358,5 milyon manat (vaxtı keçmiş kreditlər nəzərə alınmadan) kredit verib.

Nəticədə, ev təsərrüfatlarının il ərzində kredit borcu 2,84 milyard manat və ya 21 faizdən çox artıb.

2023-cü ilin sonunda ev təsərrüfatlarının kredit borcu 13 milyard 515 milyon manat idi.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər