09:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0.02% azalaraq 2795.55 ABŞ dollar təşkil edib.

Teleqraf.com birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0.52% azalaraq 31.463 ABŞ dollarına bərabər olub.

Qızıl aylıq 5.17%, gümüş isə 6.55% bahalaşıb.

Qeyd edək ki, qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin 0.11% artaraq 2.848.49 ABŞ dollarına, gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti isə 0.72%artaraq 32.715 ABŞ dollarına bərabər olub. Qiymətli metalın fyuçersləri artıq 5 həftədir dəyər qazanır.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər