Fransa ilə münasibətlərdə hazırda böhran vəziyyəti yaşanır.
Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
O qeyd edib ki, Azərbaycanın bir sıra avropa ölkələri ilə çox konstruktiv əlaqələri var.
"Azərbaycan həmişə Fransa ilə əlaqələrin yaxşı olmasına çalışıb. Amma təəssüf ki, hazırda vəziyyət hər kəsə məlumdur. Münasibətlərin korlanmasında məsuliyyət Fransanın üzərinə düşür",- Şəfiyev vurğulayıb.