Bu gün İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, məlumatı AMEA nəzdində Respubika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu yayıb.
Təkanların saat 05.18 radələrində İsmayıllı stansiyasından 22 km şimalda, İsmayıllı rayonunda baş verdiyi qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.