Türkiyə Müdafiə Nazirliyinin (MN) yüksək səviyyəli hərbi heyəti Dəməşqdə Suriya müdafiə naziri Mühəndis Mərhəf əbu Kəsra və Baş Qərargah rəisi Əli Nəsanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə MN açıqlama yayıb.
Görüşdən əlavə, Türkiyə nümayəndə heyəti Suriya ordusuna məxsus hərbi obyektlərə yerində baxış keçirib.
“Dünənki səfər nazirliyin Suriya ilə ilk təması baxımından əhəmiyyətlidir. Suriya və Türkiyə üçün təhlükə yaradan terror təşkilatları ilə mübarizə, müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib”, - qurumdan bildirilib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Dəməşqə səfər etmişdi.