Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.
Teleqraf.com xəbər verir ki, turun açılış oyununda “Kəpəz” “Sabah”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.
“Sabah” 20 turdan sonra 28 xalla 5-ci, “Kəpəz” isə 14 xalla turnir cədvəlinin sonuncusudur.
Günün ikinci matçında "Neftçi" doğma divarlar arasında "Şamaxı" ilə qarşılaşacaq. Paytaxt təmsilçisi 18 xalla 7-ci sırada qərarlaşıb. "Şirlər" isə rəqibindən 1 xal geri qalaraq 8-cidir.
Qeyd edək ki, turun digər oyunları 1-2 fevralda keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXI tur
31 yanvar
16:00. "Kəpəz" - "Sabah"
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Tovuz şəhər stadionu.
18:30. "Neftçi" - "Şamaxı"
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Neftçi Arena.