Bakının Nizami rayonunda, Babək prospektində yolda təmir işləri ilə bağlı maşınların hərəkətinə məhduyyət qoyulub.
Teleqraf.com xəbər verir ki, məlumatı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Təmir səbəbindən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.