30 Yanvar 15:42
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistana qarşı xəbərdarlıqlarını getdikcə sərtləşdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” məlumat yayıb.

Erməni nəşri yazır ki, İrəvan Avropa İttifaqına (Aİ) inteqrasiyanı dərinləşdirsə, böyük iqtisadi qazanclar götürdüyü Avrasiya İqtisadi Birliyindən (AİB) xaric ediləcək:

“Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, İrəvan Aİ-yə mümkün üzvlüyün Ermənistanın AİB-dən çıxarılması və həmin bazarın itirilməsinə gətirib çıxaracağını yaxşı anlayır: “Burada qərar tamamilə aydındır. Aİ ilə bazarların açılması AİB-lə bazarların bağlanması demək olacaq”.

Overçuk vurğulayıb ki, Ermənistan üçün Aİ ilə idxal rüsumlarının sıfırlanması avtomatik olaraq AİB-lə gömrük və gömrük tariflərinin tətbiqinin bərpası demək olacaq: “Bu, Avropa İttifaqına qoşulmanın başlanğıcı Avrasiya İqtisadi Birliyindən çıxmağın başlanğıcı olduğuna dair siqnaldır. Erməni tərəfi bilir ki, nəticələr belə olacaq, heç kim illüziyaya qapılmasın”.

Başqa sözlə, Rusiyadan gələn xəbərdarlıqlar getdikcə sərtləşir. Ola bilsin, Moskva indiyədək Ermənistan hakimiyyətinin Qərbə doğru addımlarını o qədər də ciddi saymayıb. Amma artıq hökumət Aİ-yə üzvlüklə bağlı qanun layihəsini təsdiqləyəndə və ABŞ ilə strateji tərəfdaşlıq xartiyasını imzalayanda, Rusiya sərt xəbərdarlıqlar alətlərini işə salmağa başladı. Bu vasitənin nə qədər təsirli olacağını zaman göstərəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər