30 Yanvar 16:42
369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin hərbi lisey və universitetlərinin müəllimlərini, eləcə də bu cür təhsil müəssisələrinin inzibati heyətini cəbhəyə göndərməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə hərbi məktəblərin tələbələri ilə görüşündə danışıb.

Zelenski vurğulayıb ki, zabit olmaq üçün təhsil alan bütün ukraynalı oğlan və qızlar cəbhədə nə baş verdiyini, müasir silahlı münaqişənin nə olduğunu bilməlidirlər:

“Ona görə də dərs deyən sizlərin müvafiq təcrübəniz olmalıdır, siz cəbhə xəttində olmalısınız”.

Ukrayna lideri qeyd edib ki, kitablardan əldə edilən məlumatlarla yox, yalnız bu yolla əsl müharibənin nə olduğunu öyrətmək olar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər