Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Moskva ilə İrəvan arasında fikir ayrılığına səbəb olub.
Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Rusiyanın bu prosesdən bəzi narahatlığı var. Bu faktdır ki, Rusiyanın müəyyən narahatlığı var. Bizim də Rusiyanın mövqeyi ilə bağlı müəyyən narahatlıqlarımız var. Bu da faktdır", deyə Paşinyan bildirib.
Bununla belə, Paşinyan Ermənistanın Rusiya ilə dialoqu davam etdirəcəyini vurğulayıb.