İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Tərəflər ölkələrimizin iqtisadi tərəfdaşlığını gücləndirmək istiqamətində ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində potensial işbirliyi imkanlarını dəyərləndirib.
Birgə İnvestisiya Fondunun fəaliyyəti və prioritet sahələrə sərmayə qoyuluşu barədə müzakirələr aparılıb.