11:13
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında ilk 1/8 finalçılar məlum olub.

Teleqraf.com xəbər verir ki, 1/16 finalın hər iki görüşündə Paşam Əlizadəni məğlub edən Eltac Səfərli adını növbəti mərhələyə yazdırıb. Kənan Qarayevi üstələyən Vüqar Əsədli 1/8 finalda mübarizəni davam etdirmək imkanı qazanıb 1.5-0.5.

Hər iki partiyada Ümid Aslanova qalib gələn Məhəmməd Muradlı, eyni zamanda Xəzər Babazadəni məğlub edən Fərid Abbasov növbəti mərhələyə vəsiqə əldə edib.

1/16 finalda Murad İbrahimlidən güclü olan Əhməd Əhmədzadə, həmçinin iki oyunun nəticəsinə görə Vüqar Manafovu üstələyən Misrətdin İskəndərov mərhələ adlayıb. Read Səmədov-Şiroğlan Talıbov duelində birinci qalib gələrək 1/8 finalda yarışmaq imkanı qazanıb 1,5-0,5.

Qeyd edək ki, Nicat Məmmədov - Süleyman Süleymanlı, Azər Mirzəyev - Vüqar Rəsulov və Namiq Quliyev - Rəhim Qasımov partiyalarında bərabərlik qeydə alındığından qalib tay-brekdə müəyyənləşəcək.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər