2024-cü ildə Azərbaycan bankları faizlərdən 3 milyard 969.8 milyon manat gəlir əldə ediblər.
Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 476,9 milyon manat çoxdur.
Bankların faiz gəlirlərində ən yüksək pay kreditlər üzrə qazanılan faizlərə məxsusdur. Bir ildə kreditlərdən 3 milyard 105,9 milyon manat faiz alınıb. Bu məbləğ 2023-cü illə müqayisədə 532 milyon manat çoxdur.
Bundan əlavə, bankların faiz gəlirlərinin 429 milyon manatı qiymətli kağızlar üzrə, 287 milyon manatı isə maliyyə sektorunda yerləşdirilən vəsaitlərdən əldə olunub.
Digər faiz gəlirləri isə 146,9 milyon manat təşkil edib.