11:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

“S&P Global Ratings” kredit reytinqi agentliyi Azərbaycanın bank sektoru üzrə risk qiymətləndirməsini (Banking Industry Country Risk Assessment – BIRCA) açıqlayıb.

Teleqraf.com xəbər verir ki, agentlik Azərbaycanın sənaye risk meylini “sabit”dən “müsbət”ə dəyişib.

“Müsbət sənaye risk meyli 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində son iki ildə ölkədə maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin modernləşdirilməsi üzrə həyata keçirilən təşəbbüsləri əks etdirir. Əgər bu təşəbbüslər effektiv şəkildə həyata keçirilərsə, onların Azərbaycan bankları üçün tənzimləmə və nəzarəti daha da gücləndirə biləcəyini düşünürük, lakin biz ölkədəki tənzimləmə və nəzarət çərçivəsini beynəlxalq standartlardan zəif hesab etməkdə davam edirik”,- agentlik qeyd edib.

Qeyd edək ki, reytinq agentliyi risklə bağlı qiymətləndirməsini ən aşağıdan ən yüksək riskə doğru 1 və 10 arasında qruplaşdırır. Agentliyin sonuncu dəfə 19 dekabr 2024-cü ildəki qiymətləndirməsində Azərbaycan 8-ci qrupda yer alıb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər