Qazax rayon sakini dəm qazından boğularaq ölüb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, 1992-ci il təvəllüdlü Eyyub Ocaqverdiyev hamam otağında dəm qazından boğulub.
Yaxınlarının köməyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.