Bakıda yaşamaq üçün tələb olunan orta aylıq xərclər açıqlanıb.
Teleqraf.com xəbər verir ki, orta hesabla, bir nəfərin yaşayışı üçün 776 dollar (1319 manat), dörd nəfərlik ailə üçün isə 1963 dollar (3337 manat) tələb olunur. Kirayəsiz yaşayış xərcləri bir nəfər üçün 456 dollar (775 manat), ailə üçün isə 1381 dollar (2347 manat) təşkil edir.
Ərzaq xərcləri və kommunal xidmətlər də xərclərin əsas hissəsini təşkil edir. Ərzağa bir nəfər ayda orta hesabla 292 dollar (496 manat), ailə isə 770 dollar (1309 manat) xərcləyir.
Kirayə və kommunal xidmətlər isə bir nəfər üçün 320 dollar (544 manat), ailə üçün 582 dollar (989 manat) təşkil edir. Nəqliyyata xərclənən məbləğ isə bir nəfər üçün 61,5 dollar (104 manat), ailə üçün isə 168 dollar (285 manat) olaraq hesablanıb.
Qiymətləndirmələrə əsasən, kəm yaşayış xərcləri, həm də keyfiyyəti baxımından Bakı bölgədə diqqət mərkəzində olan şəhərlərdən biri olaraq qalır.
Ümumilikdə, şəhərin yaşayış keyfiyyəti 59 bal ilə qiymətləndirilib.