Cəlilabad rayonunun Kazımabad kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 2 ədəd məişət avadanlığı qismən yanıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.