12:11
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda itkin düşmüş hesab edilən balıqçı Mahmud İbayevin axtarışları davam etdirilir.

Teleqraf.com-un cənub bürosu xəbər verir ki, balıqçı 1984-cü il təvəllüdlü Mahmud İbayevin axtarışları gücləndirilib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, Aviasiya dəstəsinin helikopteri, Dövlət Sərhəd Xidmətinin (DSX) Sularda Mühafizə Hissəsinin əməkdaşları, eləcə də yerli balıqçılar cəlb olunub.

Mahmud İbayevin qardaşı Rəşad İbayev bildirib ki, balıqçı Nazim Abbasovun meyiti aşkar olunduqdan sonra bütün qurumlar gücləndirilmiş iş rejimində qardaşının axtarışlarını davam etdirirlər: "FHN-ə müraciət etmişik ki, sularda dalğıc-axtarış qrupu dənizin dərinliyinə düşüb baxsınlar. Ola bilər ki, qardaşım dənizin hansısa dərinliyində torlara ilişib qalsın".

Xatırladaq ki, yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşmüş hesab edilib. Fevralın 2-də balıqçılardan biri Nazim Abbasovun meyiti tapılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər