13:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) respublika ərazisində yolların xətlənməsi üçün yeni tender elan edib.

Teleqraf.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, avtomobil yolları və yol tikintisi işlərini əhatə edən tenderlə bağlı işlərin ehtimal olunan qiyməti 18 milyon 633 min 772,76 manatdır.

Layihə çərçivəsində 527 min kvadratmetr sahədə soyuq boya ilə düz xətlərin çəkilməsi, 40 min kvadratmetrdən çox ərazidə isə termoplastik isti boya ilə işarələnmə işləri planlaşdırılır. Həmçinin, 7 min 500 kvadratmetrdə parklanma sahələri işarələnəcək, 35 min kvadratmetrdən çox ərazidə piyada keçidləri, 4 min kvadratmetrdən çox sahədə isə stop xətləri rənglənəcək. Eyni zamanda, 1 min 895 kvadratmetr sahədə fiziki məhdudiyyətli şəxslər üçün xüsusi nəqliyyat nişanlamaları da həyata keçiriləcək.

Qeyd edək ki, müsabiqə 27 mart 2025-ci ilədək davam edəcək.


Müəllif: Fatimə Bağırova