11:58
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İcraiyyə Komitəsi legioner limiti ilə bağlı verdiyi qərarını 266 gün sonra ləğv edib.

Teleqraf.com xəbər verir ki, 2024-cü il mayın 13-də İcraiyyə Komitəsinin eyni tərkibdə iclasında cari mövsümdə 7+4 limitinin qüvvədə qalması, 2025/2026 mövsümündə isə legioner limitinin 8+3 olması qərara alınıb.

Həmin vaxt 2026/2027 mövsümündən öncə qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq, legioner limitinə bir daha baxılacağı qeyd edilib. Lakin İcraiyyə Komitəsi öz qərarının 9 ayının tamamına 9 gün qalmış fikrini kökündən dəyişərək, əcnəbilərə qoyulan məhdudiyyəti ümumiyyətlə aradan qaldırıb.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin 13 nəfərlik yeni tərkibi 2024-cü il aprelin 2-də seçilib.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər