2025-ci ilin yanvar ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 147 261 nəfər olub.
Bu barədə Teleqraf.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 111 419 nəfəri yaşa, 14 214 nəfəri əlilliyə, 21 628 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.