11:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Xətai rayonunda yerləşən klinikada oğurluq olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ağ Şəhərdə yerləşən tibb müəssisəsində çalışan həkim G.Ağayevanın 3 min manat pulu naməlum şəraitdə yoxa çıxıb. Oğurluqla bağlı polisə müraciət edilib.

Aparılan tədbirlərlə pulun Tovuz rayon sakini olan 14 yaşlı oğlan tərəfindən oğurlanması müəyyənləşib. Yeniyetmə saxlanılaraq istintaqa təhvil verilib. Günel Ağayevanın işlədiyi klinikadan 3000 manat pul oğurlamış Tovuz rayon sakini 2010-cu il təvəllüdlü Şahniyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.


Müəllif: Taleh

Oxşar xəbərlər