10:13
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin binasında təhlükəsizlik tədbirləri gücləndirilib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, binada sarı təhlükəsizlik səviyyəsi tətbiq olunur.

Bu gün qanunverici orqanın yaz sessiyasının ilk plenar iclası keçiriləcək. İclasda Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkədəki vəziyyətlə bağlı ən mühüm məsələlər barədə məruzə ilə çıxış edəcək.

Qanunverici orqanın binasına daxil olmağa məhdudiyyət tətbiq ediləcək, yalnız dəvət olunmuş şəxslər və akkreditasiyası olan KİV nümayəndələrinin girişinə icazə veriləcək.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər