Teleqraf.com xəbər verir ki, bu haqda Rüstəm Behrudinin özü məlumat verib.
Şair bildirib ki, bir saatdan sonra müalicə almaq üçün uzun və üzücü bir yolçuluğu başlayır: “Ancaq kim nə deyir, desin, insan hara gedir-getsin, içindəki ağrı və sevgini özü ilə aparır”.
Xatırladaq ki, son dəfə Rüstəm Behrudinin səhhətində ötən ilin noyabrında problem yaranıb. O, həmin vaxt Avrasiya Hospitalında müalicə alırdı. Şikayəti daha çox ürək ağrıları və təzyiqlə bağlı olub.