10 İyul 2017 12:04
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülən 2 yaşlı Zəhraya həsr etdiyi şeirin əsasında məşhur simaların köməyilə sosial çarx hazırlanıb.

Teleqraf.com-un məlumatına görə, “Ziq-Zaq fikir evi” tərəfindən hazırlanan layihənin rəhbəri Sadiq Qurbanzadə, rejissoru Samir Abbasovdur.

Sosial çarxda xalq artisti Həmidə Ömərova, əməkdar artistlər Cabir İmanov, Vəfa Zeynalova, Ədalət Şükürov, aktyorlar Elnur Kərimov, Günel Həmidova, Fərda Xudaverdiyev, idmançılar İlham Zəkiyev, Eduard Məmmədov, müğənni Samira Allahverdi, rəqqasə Oksana Rəsulova, bloqqer Səma Abıyeva, fotoqraf Orxan Aslanov rol alıblar.

Video-çarxı sizə təqdim edirik.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər