“Ermənistan Baş naziri Paşinyan israrla israrla Putinə zəng edirdi, amma Rusiya lideri telefonu bağladı. Moskva həmin videonu yayımlamaqla Paşinyanı biabır etdi”.
Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert Taha Dağlı deyib.
Ekspert Rusiya və Ermənistan arasındakı gərginliyə diqqət çəkib:
“Ermənistan Putin üçün çox vacibdir, amma Paşinyanın heç bir dəyəri yoxdur. Ruslar Paşinyanı Qərbin adamı kimi tərif edirlər və ona etibar etmirlər. Paşinyan çətin vəziyyətdə qalıb. Əlbəttə, Rusiya kömək edə bilərdi, amma Paşinyanın hiyləgər planı Putini qəzəbləndirdi. İndi də Paşinyana “Özün bilərsən” kimi mesajlar verirlər.
Paşinyan Azərbaycan qarşısında çətin duruma düşən kimi, Rusiyadan dəstək almaq ümidi ilə Türkiyəni gündəmə gətirdi. Türkiyənin döyüş təyyarələri ilə birlikdə Ermənistana hücum etdiyi yalanını irəli sürdü. “Türklər Ermənistanı işğal edir, bunun ucu Rusiyaya toxunacaq” mesajını verdi.
Məşhur rus jurnalisti İqor Nikiforov ölkənin ən yüksək tirajlı qəzeti olan “Moskovski Komsomolets”də dərc etdiyi məqalədə Paşinyanın yalanlarını üzə çıxardı. Paşinyanın “Türk döyüş təyyarələri Ermənistandadır” iddiasına cavab olaraq bildirdi ki, türk təyyarələri gəlsə, bunu ”Flightradar24” veb saytında görə bilərik, amma olmadığı üçün görə bilmirik.
Azərbaycan türk dronlarından istifadə edir. Paşinyan bunu “Türklər silah göndərir” deyərək gündəmə gətirir. Nikiforov isə Paşinyanın yalan dediyini söyləyir: “Azərbaycan ancaq türklərin ona satdıqları silahlardan istifadə edirlər”.
Taha Dağlı qeyd edib ki, Paşinyanın daha bir yalanı Azərbaycana suriyalı militanların göndərilməsi ilə bağlı idi:
“Rus jurnalist bu iddiaya belə cavab verib: “Azərbaycan tərəfində nə bir türk əsgəri, nə də bir suriyalı var, buna dair bir dəlil tapılmadı”.
İqor Nikiforov Paşinyanın yalanlarına bir-bir cavab verdi. Bu yalanları niyə irəli sürdüyünü də söylədi. Paşinyan küncə sıxılan kimi, Rusiyadan kömək almaq ümidi ilə Türkiyə məsələsindən bəhanə olaraq istifadə etməyə çalışdı. Rus jurnalist çox aydın danışdı. Hiyləgər Paşinyan Rusiya və Türkiyə arasında qarşıdurma yaratmağa cəhd edir. Amma Paşinyan Rusiyada Türkiyə ilə qarşıdurmaya girmə məsələsinin mümkün olmadığını bildiklərini bilir.
Aydındır ki, Putin heç vaxt Paşinyanı özündən istifadə etməyə imkan verməyəcək. Bu yolla uğur qazanılmayacağı şübhəsizdir. Bu oyununa gəlmədiyi üçün də Paşinyana qəzəblənib, zənginə cavab vermədi, daha doğrusu danışmasına imkan yaratmadı”.
Taha Dağlıq qeyd edib ki, Ermənistan baş naziri indi eyni yalanlarla Fransa və ABŞ-dan kömək istəyir: “Görünür, Rusiyadan ümidini kəsib. Putin Belarusda olduğu kimi, burada erməniləri də cəzalandırdı. Putin Paşinyanın burnunu ovub ona sədaqət göstərməsini və ya istefa verib hakimiyyəti Moskva oxuna qaytarmasını planlaşdırır”.