Ermənistanda son sutka ərzində 1 058 nəfər koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb. Beləliklə, koronavirusa yoluxanların sayı 58 624 nəfərə çatıb.
Teleqraf.com-un məlumatına görə, ölkədə 7 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 039 nəfər koronavirusdan ölüb, 10 561 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.