Ermənistan ordusu itkilərin daha bir qismini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, düşmən oktyabrın 27-də Qarabağ regionunda daha 35 hərbçisini itirdiyini qeyd edib.
Bununla da Ermənistan tərəfi müharibənin birinci ayının tamamında 1009 hərbçisini itirdiyini rəsmən təsdiqləyib.
Ancaq qeyri-rəsmi məlumatlara görə, itkilər göstərilən saydan dəfələrlə artıqdır.