28 Oktyabr 2020 00:43
1 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa növbəti müraciətində ordudakı intizamsızlığı, qanunsuzluğu etiraf edib. O, Azərbaycan ordusu tərəfindən Qarabağ separatçılarının ciddi zərbə aldığını da deyib. "Artsax (Qarabağ) yaralanıb, amma ayaq üstədir".

Teleqraf.com xəbər verir. Paşinyan çıxışında hərbi əməliyyatlar zamanı əmrləri icra etməyən hərbçiləri həbslə hədələyib.

“Əmrlərin icrasının məntiqi qeyd-şərtsiz və müzakirəsiz, hərbi vəziyyət şəraitində həyata keçirilməlidir, xüsusilə döyüş şəraitində. Kim ki, əmrə tabe olmur, kim ki, əmrin icrası iradəsini sarsıdıb, ciddi cəzalandırılmalı, məsuliyyətə cəlb edilməli və ictimaiyyət qarşısında cəzalandırılmalıdır. Heç nə onlara bəraət qazandıra bilməz”, - deyə Paşinyan qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər