12 Noyabr 2020 21:28
6 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan Ermənistanı məhv etmək üçün cinayət proqramı həyata keçirir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Daşnaksütyun partiyası Ali Məclisinin üzvü İşxan Saqatelyan deyib.

“Nikol Paşinyan başda olmaqla Ermənistanda hakimiyyəti ələ keçirmiş, vətəni olmayan bir ovuc insan ölkəmizi Ermənistanı məhv etmək üçün cinayət proqramını iflasa uğratmağa çalışan hər kəsi yatırmağa qərar verdi. Ancaq itirəcəyimiz heç nə qalmadı, bu qaranlıqda heç olmasa bir ümid şüasına çatana qədər bu mübarizəni davam etdirəcəyik. Vətən xainləri erməni xalqı və erməni tarixi qarşısında cavab verəcək”, - Saqatelyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər