Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan Baş nazir Nikol Paşinyan və digər hökumət üzvlərinə müraciət edib.
Teleqraf.com xəbər verir ki, o, Paşinyandan hökuməti buraxmağı tələb edib.
“Bütün komandanızın buraxılmasından başqa alternativiniz yoxdur”, - Marukyan bildirib.
Əlavə edək ki, Edmon Marukyan 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi ilə yadda qalmış qiyamda Nikol Paşinyanın müttəfiqlərindən biri olub.