Müharibəni bitirmək üçün mümkün olan bütün ssenarilərdə Şuşa təslim edilməli idi. Bu xəyanətin etiraflarının müəllifi 44 gün ərzində insanlarımızın sadəlöhvcəsinə inandığı, amma onlara yalan və hiylə bəsləyən Ermənistanın Baş naziri Nikol Paşinyan idi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Birləşmiş Ermənistan Partiyasının həmtəsisçisi Artur Kazinyan bəyan edib.
O, deyib ki, oktyabrın 29-da özünün Feysbuk səhifəsində paylaşım edib və bir saatdan sonra onu silib: “Mesaj saxta Lora (Paşinyana) ünvanlanmışdı. Mən ona Şuşanı təslim etmək üçün hazırladığı planları bildiyimi göstərmək istəyirdim”.
Siyasətçi hesab edir ki, Şuşanın itiriləcəyini orada vuruşan könüllülərə deməkdən qorxdular:
"Baş nazir və komandasının xəyanət etdiyi Şuşa üçün döyüşlərdə neçə könüllü öldü”.