24 Noyabr 2020 00:26
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda müxalif “Daşnaksutyun” partiyasının nümayəndəsi Geqam Manukyan müddətsiz aclıq aksiyasına başladığını elan edib.

Teleqraf.com xəbər verir ki, o, baş nazir Nikol Paşinyan istefa verənədək aksiyanı davam etdirəcəyini deyib.

Siyasətçinin sözlərinə görə, Ermənistan Paşinyan hökumətinin yarıtmaz siyasətinə görə müharibədə ağır məğlubiyyətə uğrayıb.

Qeyd edək ki, Ermənistanda noyabrın 10-da kapitulyasiyanın imzalanmasından bəri etiraz aksiyaları davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər