27 Noyabr 2020 16:42
4 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu günlərdə ən ağrılı məsələlərdən biri də, hər gün sosial şəbəkələrdə itkin və əsir düşən hərbçilərlə bağlıdır. İnsanlar öz yaxınlarını axtarırlar, hökumətə videomüraciətlər edirlər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.

“Hökumət başçısı bu məsələnin onlar üçün prioritet olduğunu bəyan etdi, amma müharibənin bitməsindən yarım ay sonra əsir mübadiləsinin baş tutmaması birmənalıdır. Üstəlik, Paşinyanın imzaladığı üçtərəfli bəyanatda bu prosesin nə vaxt və necə baş verməsi nəzərdə tutulmayıb”, - nəşr bildirib.

“Hraparak” qeyd edir ki, əsir düşən erməni hərbçiləri ilə bağlı rəsmi məlumat da yoxdur:

“Təxminən bir neçə yüz nəfər olduğunu deyirlər. Rusiya KİV-lərinin xəbər verdiyi kimi, dünəndən etibarən Qırmızı Xaçda sağ qalan 150 erməni məhbus haqqında məlumat var. Onların qaytarılması üçün işlər aparılır. Bu günə qədər bunu etmək niyə mümkün olmadığı anlaşılmaz dərəcədə qaranlıqdır.

Araik Arutyunyan da bu barədə heç bir şey bilmədiyini deyir. Amma əmin edir ki, aidiyyəti qurumlar hərbi əsirlərin qaytarılması ilə məşğuldur. Əsir götürülən şəxslərin dəqiq sayı barədə də məlumatı vermir, yalnız prosesin davam etdiyini söyləyir, yaxın vaxtlarda geri qaytarılacağına ümid etdiyini bildirir. İmzalanmış bəyanatda niyə dəqiq bir müddət göstərmədiyinə gəldikdə, bundan xəbərdar olmadığını deyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər