18 Dekabr 2020 13:47
2 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın polis rəisi Vahe Qazaryan istefa məktubunu Baş nazir Nikol Paşinyana təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən “VETO” ictimai-siyasi hərəkatı məlumat yayıb.

“Nikol Paşinyan polis rəisinə qarşı ağır təhqirlər səsləndirib. Bundan sonra – dekabrın 12-də gecə saatlarında polis rəisi iş yerinə qayıdıb, idarə heyətinin üzvlərini toplayıb. Baş nazirə istefa məktubunu təqdim etdiyini və bunun bir müddət gizli qalmasını xahiş edib”, - açıqlamada bildirilib.

Paşinyana ən sadiq adamlardan biri kimi tanınan Vahe Qazaryan son zamanla Ermənistan müxalifəti tərəfindən kəskin təniq olunurdu. O, sifarişli siyasi həbslər həyata keçirməkdə günahlandırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər