18 Dekabr 2020 13:29
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan atasının ölümü ilə əlaqədar Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının videokonfrans vasitəsilə keçirilən iclasında iştirak etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan bildirib.

Qeyd edək ki, N.Paşinyanın atası Vova Paşinyan uzun surən xəstəlikdən sonra dekabrın 16-da ölüb. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Bu gün onun dəfn mərasimi keçirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər