Video əlavə olunub:
***
10:26
Erkən parlament seçkiləri keçiriləcəyi təqdirdə iştirak edəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Köçəryan erməni mətbuatına müsahibəsində deyib.
O, iddialı çıxış edərək elan edib ki, seçkilərdə iştirak edib qələbə qazanacaqlar:
“İndiki vəziyyətdə Ermənistanda seçkilərin keçirilməsi təhlükəlidir. Seçkilərin ölkədə vəziyyət sabitləşdikdən sonra və daha sakit bir mühitdə keçirilməsinin doğru olacağını düşünürəm. Ancaq olacağı təqdirdə də iştirak edib, qələbə qazanacağam".
Robert Köçəryan həmçinin siyasi mübarizə və komanda üçün lazımlı vasitələrə sahib olduğunu qeyd edib.
Xatırladaq ki, Ermənistanın hakim "Mənim addımın” partiyası erkən seçkilər keçirməyə hazır olduğunu elan edib.