4 Fevral 2021 19:37
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli polkovniki həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyan edib.

Adı açıqlanmayan polkovniki erməni əsgərlərini rüşvət qarşılığında bir hərbi hissədən digərinə köçürürmüş. Məsələn, polkovnik sentyabrın 13-də bir şəxsən 2 min dollar rüşvət alaraq onun oğlunu bir hərbi hissədən digərinə köçürüb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, polkovnik hərbi vəziyyətin olduğu dövrdə də vəzifəsindən sui-istifadə edərək bir sıra cinayət əməlləri həyata keçirib. Onun işi üzrə aparılan ilkin istintaq zamanı Müdafiə Nazirliyinin ehtiyacları üçün təmin edilmiş, xüsusən də böyük miqdarda əmlak oğurluğuna dair faktlar da müəyyən edilib.

Hazırda həbs edilən polkovniklə bağlı araşdırma aparılır, onunla əlaqəsi olan 10 nəfər nəzarətə götürülüb.


Müəllif: Cavad

Oxşar xəbərlər