“Nikol Paşinyan açıq-aşkar qorxur, çünki yalnız bu vəziyyətdə insan səhv hərəkətlər edir”.
Teleqraf.com xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Gevorq Petrosyan deyib.
“Paşinyanın heç bir perspektivi yoxdur. İki aydan sonra hər şeyi özü görəcək”, - Petrosyan söyləyib.
Onun sözlərinə görə, Paşinyan indi xarici ölkəyə başlayan köçlə maraqlanır, çünki indi ölkədən narazı insanların kənara axını başlayıb: “Burada, əsasən onun tərəfdarları qalır və bu, seçkilər zamanı açıq şəkildə özünü göstərəcək”.