Ermənistan uçurumun kənarındadır.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Klikya katolikosu Birinci Aram deyib.
“Ermənistan uçurumun kənarındadır. Ölkə daxilindəki xaos getdikcə dərinləşir. Xaos istənməyən nəticələrin mənbəyidir. Vətəni xilas etmək hər tərəfdən güzəştlərlə yanaşı anlaşma və inam tələb edir. Bu şüurla hərəkət etmək lazımdır. Sabah gec ola bilər”.