10 Aprel 11:25
245

Ermənistanda bir qrup insan arasında silahlı atışma baş verib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, olay İrəvan yaxınlığındakı Karmir Blur məzarlığında yaşanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qurbanlar əsasən güllə və kəsici soyuq silahlardan yaralanıb.

İddiaya görə, hadisə Karmir Blur məzarlığının yaxınlığındakı ritual üçün nəzərdə tutulan salonlardan birində baş verib. Atışma bir neçə ay əvvəl İrəvanda baş verən qətil hadisəsi ilə əlaqəlidir. Hadisə yerindən çox sayda boş giliz və qan izlərinə rast gəlinib.

İrəvan polisi baş verən hadisəni araşdırmaq üçün hərəkətə keçib.


Müəllif: Cavad