Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan KTMT Xarici İşlər Nazirləri Şurasının sədri və bu qurumun baş katibi ilə telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Ara Ayvazyan KTMT Xarici İşlər Nazirləri Şurasının sədri, Tacikistan Xarici işlər Naziri Sirociddin Muhriddin və baş katib Stanislav Zasla telefonda danışıb.
Telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son proseslər müzakirə edilib.
İşğalçı ölkənin xarici işlər naziri ənənəsinə sadiq qalaraq, bu dəfə də Azərbaycandan KTMT rəhbərliyinə şikayət edib.
Qeyd edək ki, dünən Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun tacik həmkarı Sirociddin Muhriddinlə telefon danışığı baş tutub. Azərbaycanın baş diplomatı telefon danışığı zamanı Ermənistanın KTMT-ya müraciətlərinin heç bir əsasının olmadığını bildirib.