28 May 2021 15:00
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin ilk prezidenti Levon Ter-Petrosyan və Daşnaksütyun Partiyasının iddialarına cavab verib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Nikol Paşinyan Levon Ter-Petrosyanın İrəvanın son illərdəki siyasətini tənqid etdiyini, amma problemin həllini necə gördüyünü açıqlamadığını bildirib.

“Ancaq Ter-Petrosyanın fikirlərinin nədən ibarət olduğu söylənilməlidir. O, Qarabağın tamamilə Azərbaycana verilməsini və mövzunu qapalı hesab etməyimizi təklif edir. Ancaq bu gün nədənsə bizi ittiham edirlər”,- Paşinyan bildirib.

Nikol Paşinyan Daşnaksütyun Partiyasına da hücum edib, bu partiyanın onun hökumətini xəyanətdə ittiham etməsinə sərt reaksiya göstərib.

Baş nazir Daşnaksütyun Partiyasının 1918 və 1920-ci illərdə Batumi və Aleksandropol müqavilələrini (Türkiyə iə müqavilə) imzaladığını xatırladıb və deyib ki, belə bir tərəf indi mövcud hökuməti xəyanətdə ittiham edir.

Paşinyan qeyd edib ki, bu partiyanın üzvləri bir vaxt bu sənədlərin imzalanmasını xəyanət kimi qiymətləndirdikdən sonra indiki erməni hökumətini xəyanətdə ittiham etmək hüququna sahib olacaqlar.


Müəllif: Cavad

Oxşar xəbərlər