2 İyun 2021 11:15
3 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan bir tibb mərkəzində 200 erməni hərbçisinin cəsədinin gizlədilməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Xocalı cəlladı Ermənistan hakimiyyətini qeyri-insani davranışda günahlandırıb.

“Bu fotoları görəndə mənə elə gəldi ki, damarlarımdakı qan dondu. Onların içində insani duyğu varmı? Müharibədə ölən oğlanlarımızı heyvan kimi soyuduculara atıblar”, - Sərkisyan bildirib.

Xocalı cəlladı 67 yaşınının olduğunu, bu müddət ərzində hər şeyi gördüyünü, amma belə halla rastlaşmadığını söyləyib.

Bundan əvvəl sosial şəbəkələrin erməni seqmentində Qarabağda öldürülən hərbçilərin plastik torbalara bükülmüş qalıqlarını əks etdirən şəkillər ortaya çıxıb. Məlum olub ki, 200-dən çox cəsəd İrəvanda bir tibb mərkəzində gizlədilib. Şəkillər ciddi ictimai etiraza səbəb olub. Bu faktla bağlı rəsmi araşdırma aparılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər