21 İyun 2021 09:31
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 100 faizi hesablanıb.

Teleqraf.com-un məlumat;na görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 53,92 faiz səs toplayıb. Paşinyanın partiyasına təkbaşına höküməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb.

Səsvermədə ikinci yeri 21,04 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku tutub. Üçüncü yerdə 5,23 faiz səslə Serj Sərkisyanın "Şərəfim var" bloku qərarlaşıb.


Müəllif: Cavad

Oxşar xəbərlər