Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında 2020-ci ilin 10 noyabrında imzalanmış Qarabağ bəyanatından sonra Ermənistan ordusu 66 hərbçisini itirib. Onlardan 24-ü döyüş tapşırığı yerinə yetirərkən məhv edilib. 42 hərbi qulluqçu isə qeyri-döyüş şəraitində ölüb.
Teleqraf.com xəbər verir ki, 42 ölüm faktı intihar, xəstəlik, avotomobil qəzaları, qətl və silahla rəftarla bağlı təhlükəsizlik qaydalarının pozulması ilə bağlıdır.
Bu dövr ərzində Ermənistan ordusunun 3 hərbi qulluqçusu itkin düşüb. Onlardan biri – çağırışçı Norik Mkrtıçyan mayın 18-də xidmət etdiyi hərbi hissəni tərk edib və bu günə kimi tapılmayıb. İyulun 14-də Sünik əyalətində hərbi qulluqçular - A.Nakbandyan və A.Torozyanla əlaqə kəsilib. Hərbi qulluqçulardan bu günə kimi xəbər yoxdur.