Rusiya sülhməramlı kontingentinin hərbçiləri Xankəndi poliqonunda rutin döyüş hazırlığı təlimləri çərçivəsində minaatanların atışını məşq ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, artilleriya qrupları yük maşınlarına quraşdırılmış silahlardan dağlarda təbii maneələrin arxasında yerləşən müşahidə olunmamış hədəflərə atəş açıblar.
Minaatanlar 500-2000 metr məsafədə təqribən 50 hədəfi vurub.
Təlimdə 82 mm-lik minaatanlardan istifadə olunduğu bildirilib.